ABŞ prezidenti Donald Tramp İtaliyanın Baş naziri Corciya Meloninin Hörmüz boğazındakı mövqeyinə görə onu artıq tərəfdar hesab etmədiyini bildirib. Bu barədə NBC News-un Ağ Ev müxbiri Qeyb Qutyerres məlumat verib.
Jurnalist Trampın NBC News-a verdiyi telefon danışığında dediyi sözləri sitat gətirir: “O, böyük dəstəkçi idi. Amma mən onun mənim tərəfdarım olmasını istəmirəm, çünki o, Hörmüz boğazı məsələsində NATO ilə birlikdə deyildi”. (Tass)
Amerika lideri bununla da İtaliya hökumətinin başçısına qarşı tənqidlərini təsdiqlədi.
Tramp əvvəllər iddia etmişdi ki, Meloninin Fransada keçirilən G7 sammitinin kənarında “onunla şəkil çəkdirməsini yalvarıb”. İtaliyanın Baş naziri daha sonra Ağ Evin vəzifəli şəxsinin iddialarını “tamamilə uydurma” adlandırmışdı.
