ABŞ Prezidenti Donald Tramp baş prokuror Pem Bondi-nin istefasını təsdiqləyib. O, bu barədə xəbəri Truth Social-da paylaşıb.
“Biz Pamı sevirik və o, özəl sektorda daha sonra elan ediləcək vacib və tələb olunan bir vəzifəyə keçəcək və Baş prokurorun müavini Todd Blanche Baş prokuror vəzifəsini icra edəcək”, – deyə Amerika lideri bildirib. Prezident Bondini “böyük vətənpərvər” adlandırıb və onun “ölkə daxilində cinayətkarlığa qarşı mübarizə” səylərini tərifləyib.
