Çin Xalq Respublikasının sədri Si Cinpinin ABŞ-a səfəri sentyabrın 24-də başlayacaq. Bu barədə ABŞ prezidenti Donald Tramp məlumat verib.
“Sədr Si (Çin prezidenti Si Cinpin -) sentyabrın 24-də gəlir”, – deyə o, Vaşinqtonda keçirilən tədbirdə bildirib.
Vaşinqton 2026-cı ilin payızında Çin liderinin qarşılıqlı səfərinə ümid edir. Tramp 14-15 may tarixlərində Pekinə səfər edib. ABŞ dövlət katibi Marko Rubio iyunun əvvəlində Amerika prezidentinin Çinə səfərindən az sayda konkret nəticənin olduğunu təsdiqləyib. Dövlət katibinin sözlərinə görə, may ayında keçirilən səfərin məqsədi “dünyanın ən güclü iki ölkəsinin” liderləri arasında “birbaşa qarşılıqlı əlaqə” olub. (Tass)
