ABŞ prezidenti Donald Tramp Türkiyədə keçiriləcək NATO sammitinin onun iştirak edəcəyi NATO liderlərinin son görüşü olmayacağını bildirib.
Jurnalistlərin Ankaradakı görüşün onun son NATO sammiti olub-olmadığı barədə sualına Tramp “Xeyr” cavabını verib.
Tramp bir daha ABŞ-ın müttəfiqlərinin təhlükəsizliyini təmin etmək üçün çoxlu pul xərclədiyini təkrarladı. “Biz burada (NATO-da) özümüzü qorumaq üçün deyil, onları qorumaq üçünük”, – deyə o bildirib. Eyni zamanda, Amerika lideri NATO ölkələrinin Vaşinqtona “güzəşt etdiyini” qeyd etdi və sammit iştirakçılarının “bir çox problemi həll edə bildikləri” fikrini bildirdi. (Tass)
