ABŞ prezidenti Donald Tramp Qəzza zolağında atəşkəsin pozulmasına Fələstinin radikal HƏMAS hərəkatının liderləri tərəfindən sanksiya verilmədiyinə əmindir.
Amerika lideri Ağ Evdə Avstraliyanın baş naziri Entoni Albanese ilə görüşü zamanı jurnalistlərin xahişi ilə Qəzza zolağında yaranmış vəziyyəti şərh edərkən, “Mən inanmıram ki, bunun HƏMAS rəhbərliyi idi” deyib.
Tramp həmçinin vəziyyətin gərginləşəcəyi təqdirdə HƏMAS-a qarşı qətiyyətlə güc tətbiq etməyə hazır olduğunu vurğulayıb. “Həmasla bağlı vəziyyətimiz nisbətən kiçikdir. Əgər onlar özlərini düzəltməsələr, bu, çox tez həll olunacaq”, – ABŞ administrasiyasının rəhbəri deyib. “Çünki indi onlar (Həmas nümayəndələri ) razılaşmanı pozurlar”, – Tramp hesab edir. “Onlar özlərini yaxşı aparacaqlar, gözəl olacaqlar. Yoxsa, biz onları yox edəcəyik. Məcbur olsaq. Onların kökünü kəsəcəklər. Onlar da bunu bilirlər”, – Tramp bildirib. (Tass)
