ABŞ prezidenti Donald Tramp İranın Ali Lideri və mərhum Ayətullah Əli Xameneinin oğlu Müctəba Xameneinin ağır vəziyyətdə olduğunu və ya artıq vəfat etdiyini bildirib.
Tramp Financial Times qəzetinə verdiyi müsahibədə bildirib ki , “(Moctaba Xameneinin oğlu ) ya ölüb, ya da ağır vəziyyətdədir. Onun haqqında heç nə eşitməmişik. O, itkin düşüb.”
16 martda Tramp mənbələrə istinad etmədən Müctəba Xameneinin ABŞ və İsrailin zərbələri nəticəsində bir ayağını itirməsi və digər ciddi xəsarətlər alması ehtimalını istisna etməyib. ABŞ prezidentinin açıqlamasından əvvəl İran Xarici İşlər Nazirliyi İslam Respublikasının Ali Liderinin yaralandığını, lakin özünü yaxşı hiss etdiyini bildirmişdi. 25 martda İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqaei India Today-ə verdiyi müsahibədə Müctəba Xameneinin özünü yaxşı hiss etdiyini və İran dövlət sisteminin effektiv şəkildə fəaliyyət göstərdiyini bildirib. (Tass)
