ABŞ prezidenti Donald Tramp hesab edir ki, gələcək İran lideri vəzifəsinə uyğun hesab etdiyi namizədlər hücum zamanı öldürülüb. O, bu mövqeyini ABC News -a verdiyi müsahibədə bildirib.
ABC News jurnalisti Conatan Karl Amerika liderinin X-də dediyi sözləri sitat gətirir: “Bu, bizim düşündüyümüz heç kim olmayacaq, çünki hamısı ölüb. Tramp qeyd edib ki, “namizədlərin əksəriyyəti”, o cümlədən onun fikrincə, İranın gələcək lideri roluna uyğun şəxslər siyahısında “ikinci və üçüncü yerləri tutanlar” da ölüb. (Tass)
