ABŞ prezidenti Donald Tramp bildirib ki, İran zənginləşdirilmiş uran ehtiyatlarını dağıntılar altından müstəqil şəkildə çıxara bilmir; lazımi texnologiyaya yalnız ABŞ və Çin malikdir.
O, Pekindən Alyaskaya gedən Air Force One təyyarəsində jurnalistlərin sualına cavab olaraq bildirib ki, “Onlar texnologiyaya malik olmadıqları üçün onu çıxara bilməyəcəklərini dedilər. Onlar mənə açıq şəkildə dedilər ki, onu [uranı] çıxara bilən yeganə şəxslər Çin və ABŞ-dır”.
