ABŞ prezidenti Donald Tramp inanır ki, İran Hörmüz boğazı üzərində vurulan Amerika Apaçi helikopterinə hücumda iştirakını etiraf edəcək.
ABŞ prezidenti Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib: “Əvvəlcə onlar bu işə qarışmadıqlarını dedilər. Sonra bunu etdiklərini etiraf etdilər”.
O, helikopteri vuran sursata toxunaraq əlavə etdi: “Hər şey olduqca sadə idi, çünki bomba bizdədir”. Media orqanları əvvəllər Apaçinin İran pilotsuz təyyarəsi ilə toqquşduğunu bildirmişdilər. “Bomba bizdədir. Onlar çox şanslı idilər ki, partlamadı. Bomba helikopterdə qaldı; partlamadı. Yanğın oldu, amma partlamadı”, – deyə ABŞ prezidenti izah edib. (Tass)
