ABŞ prezidenti Donald Tramp Knessetdə (İsrail parlamenti) çıxışı zamanı bəyan edəcək ki, İsrail İrana “dostluq əlini uzatmağa” hazırdır.
“Hətta İran üçün də dostluq və əməkdaşlıq əli həmişə uzadılacaq”, – Reuters Amerika liderinin sözlərini sitat gətirir.
Tramp həmçinin qeyd edəcək ki, Qəzza razılaşması “yeni Yaxın Şərqin tarixi şəfəqi” olacaq. Agentlik xəbər verir ki, ABŞ prezidenti anklav sakinlərinə “diqqətini iqtisadi inkişafa və sabitliyə yönəltməyi” tövsiyə edəcək.
