ABŞ prezidenti Donald Tramp hesab edir ki, İsrailin İordan çayının qərb sahilini ilhaq etməsi təhlükəsi yoxdur.
“İordan çayının qərb sahili üçün narahat olmayın. İsrail İordan çayının qərb sahilinə heç nə etməyəcək. İordan çayının qərb sahilinə heç nə etməyəcəklər”, – Amerika lideri Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Bir gün əvvəl İsrail Knesseti (parlamenti) İordan çayının qərb sahilindəki yaşayış məntəqələrinə İsrailin suverenliyini genişləndirən iki qanun layihəsini ilkin oxunuşda təsdiqləyib. İyulun 23-də Knesset İsrail hökumətini buna çağıran bəyannamə qəbul edib. Knessetin 120 üzvündən 71-i deklorativ qətnamənin lehinə, 13-ü isə əleyhinə səs verib. (Tass)
