ABŞ prezidenti Donald Tramp bildirib ki, İsrail Livana hücum edərsə, İranla bağlanmış müqavilə qüvvədə qala bilər. O, bu açıqlamanı Fransada keçirilən G7 sammitinin kənarında verib.
“Bəli, mümkündür. Bilirsiniz, düşünürəm ki, bu, kiçik bir müharibədir, amma İranda bu, böyük bir müharibədir”, – deyə Amerika lideri İsrailin Livana hücum edəcəyi təqdirdə müqavilənin qüvvədə qalıb-qalmayacağı ilə bağlı suala cavab verib. (Tass)
