ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla Asiyaya səfəri zamanı onunla görüşməkdən məmnun olacağını bildirib.
“Mən bunu deməmişəm, qeyd etməmişəm, amma görüşmək istəsə, onunla görüşməkdən şad olaram. Kim Çen Inla gözəl, çoxdankı münasibətim var, mənim ondan xoşum gəlir, o da məni bəyənir. Əgər görüşmək istəsə, Cənubi Koreyada olacam”, – Tramp Yaponiyaya gedərkən təyyarəsində jurnalistlərə deyib. Söhbət Ağ Evin YouTube kanalında yayımlanıb. (Tass)
