ABŞ prezidenti Donald Tramp Ukraynaya Rusiyanı hərbi cəhətdən effektiv şəkildə məğlub etmək imkanlarını gücləndirmək çağırışlarını rədd edib.
Amerika liderinə Ağ Evdə Avstraliyanın baş naziri Entoni Albanese ilə görüşünün əvvəlində jurnalistlər tərəfindən bu mövzuda sual verilib. Avstraliyalı jurnalist, Trampın Rusiyanın ABŞ-ın terrorizmə sponsorluq edən dövlətlər siyahısına daxil edilməsinə çağıran bir neçə Konqres üzvünün təşəbbüsünü dəstəkləmək niyyətində olub-olmadığını soruşub. O, həmçinin Amerika administrasiyasının rəhbərindən Ukraynaya Rusiyanı effektiv şəkildə məğlub etmək imkanlarını niyə vermədiyini soruşub.
“Mən düşünmürəm ki, siz [bunu] bilirsiniz. Bu, təsəvvür etdiyinizdən daha mürəkkəbdir. Bu, sadəcə olaraq, asan səslənir”, – ABŞ prezidenti cavab verib. “Biz razılıq əldə etməyə çalışırıq. Əgər müqavilə bağlasaq, əladır. Razılaşma etməsək, bir çox insan böyük bədəl ödəyəcək”, – Tramp bəyan edib.
