ABŞ Prezidenti Donald Tramp qlobal münaqişə baş verəcəyi təqdirdə əsas hərbi əməliyyatların və raket uçuşlarının birbaşa Qrenlandiya üzərindən həyata keçiriləcəyini bildirib.
“Bir düşünün, bu raketlər həmin buz örtüyünün düz mərkəzinin üzərindən uçacaq”, – deyə Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirakçılara müraciətində bildirib. “Əgər müharibə olarsa, əksər əməliyyatlar həmin buz örtüyündə baş verəcək”. O, iddia edib ki, məhz buna görə ABŞ-ın adanın tam mülkiyyətinə ehtiyacı var, çünki icarəyə götürülmüş ərazini müdafiə etmək nə hüquqi, nə də psixoloji cəhətdən mümkün deyil.
Amerika lideri vurğuladı ki, Vaşinqton etibarlı müdafiəni təmin etmək üçün torpağa qanuni mülkiyyət hüququnun verilməsini istəyir. O qeyd etdi ki, okeanın ortasında real hərbi münaqişə qarşısında heç kim “lisenziya müqaviləsi və ya icarə”ni müdafiə etmək istəməz.
