ABŞ-ın Kiyev hakimiyyəti ilə nadir torpaq metalları üzrə razılaşması Vaşinqtonun Ukraynadakı münaqişəni sülh yolu ilə həll etmək səylərini davam etdirməsi üçün şərt idi. Bu barədə cümə axşamı ABŞ prezidenti Donald Tramp bildirib.
“Mən dedim ki, irəliləmək istəyiriksə, nadir torpaq metallarına ehtiyacımız var. Pulumuzu geri istəyirik”, – deyə o Fox News- a verdiyi müsahibədə bildirib. (Tass)
