ABŞ prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahu ilə yaxşı münasibətlərinin olduğunu, lakin onun “ağlı başında” qalması üçün tədbirlər görməli olduğunu bildirib.
“Axios” a verdiyi müsahibədə ondan İsrail lideri ilə münasibətlərini təsvir etməsi istənilib. “Onlar yaxşıdır, amma biz onu bir az ağlı başında saxlamalıyıq”, – deyə Amerika lideri cavab verib.
O, əvvəllər həm şəxsi söhbətlərdə, həm də müsahibələrdə Netanyahuya qarşı dəfələrlə ədəbsiz ifadələr işlətmişdi. O, bunu İsrailin Livanda şiə təşkilatı Hizbullaha qarşı hərbi əməliyyatları artırmasının ABŞ-İran razılaşmasını poza biləcəyindən narazılığı ilə əlaqələndirmişdi. (Tass)
