ABŞ prezidenti Donald Tramp yeni Papa XIV Leo ilə görüşə ümid etdiyini bildirib. O, müvafiq məqaləni Truth Social-da dərc edib.
Tramp yazıb: “Yeni Roma Papası seçilən kardinal Robert Francis Prevost-u təbrik edirəm”. Amerika lideri Prevost-un Müqəddəs Pyotr taxtını tutan ilk amerikalı olduğunu bilməkdən “dərin qürur duyduğunu” deyib. “Mən Papa XIV Leo ilə görüşü səbirsizliklə gözləyirəm”, – Ağ Ev rəhbəri qeyd edib.
