ABŞ Prezidenti Donald Tramp Tayland və Kamboca liderlərinin 24 saat ərzində hərbi əməliyyatları dayandırmaq və sülh müqavilələrinin həyata keçirilməsinə qayıtmaq barədə razılığa gəldiklərini açıqlayıb.
Amerika lideri “Truth Social”da yazıb: “Bu səhər Taylandın Baş naziri Anuthin Chanvirakun və Kambocanın Baş naziri Khun Manet ilə uzun müddətdir davam edən müharibənin dərin təəssüf doğuracaq şəkildə yenidən başlaması ilə bağlı çox yaxşı söhbət etdim. Onlar bu axşam bütün atışmaları dayandırmağa və Malayziyanın böyük Baş naziri Ənvər İbrahimin vasitəçiliyi ilə mənimlə əldə etdikləri ilkin sülh razılaşmalarına qayıtmağa razılaşdılar.” (Tass)
