ABŞ prezidenti Donald Tramp Kiyevə “Tomaqavk” qanadlı raketlərinin mümkün tədarükü ilə bağlı suala cavab olaraq əmin edib ki, Ukraynada münaqişənin daha da genişlənməsinə çalışmır.
O, Ağ Evin Oval Ofisində jurnalistlərin suallarını cavablandırarkən, “Mən eskalasiya axtarmıram” deyib.
Eyni zamanda Amerika lideri əslində Tomaqavk raketləri ilə bağlı qərar verdiyini desə də, bunun nə olduğunu izah etməyib.
