ABŞ Prezidenti Donald Tramp bildirib ki, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında hesablaşmalı bir hərbi qüvvəyə çevrilib.
Vaşinqton administrasiyasının rəhbəri Ərdoğanla görüşdə bildirib ki, “Bu prezidentin rəhbərliyi altında Türkiyə hərbi cəhətdən çox güclü bir dövlətə çevrilib”. Trampın sözlərinə görə, Türkiyənin “çoxlu hərbi texnikası, çoxlu əla hərbi heyəti var”. ABŞ prezidenti Türkiyəyə istinad edərək vurğulayıb ki, “onlarla hesablaşmaq lazım olan bir qüvvədir”. (Tass)
