Vaşinqton administrasiyası Türkiyəyə F-35 qırıcı təyyarələrinin tədarükünü nəzərdən keçirəcək ki, bu da ikitərəfli münasibətləri gücləndirəcək. Bunu ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə bildirib.
“Bu məsələ ilə bağlı qərar verəcəyik. Bizim çox yaxşı münasibətlərimiz var”, – deyə Amerika lideri bildirib. “Burada iştirak edənlər də daxil olmaqla, bir çox insan niyə bunu etməməli olduğumuzu düşünür”, – deyə Tramp əlavə edib və xüsusilə yüksək vəzifəli Amerika rəsmilərinə istinad edib. Trampın sözlərinə görə, bu, “Türkiyə ilə münasibətləri yaxşılaşdıracaq”. (Tass)
