ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukraynadakı münaqişənin sona çatması indi mümkün görünmür, lakin bəzən məhz belə anlarda razılaşma əldə edilir.
O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə münaqişənin həlli barədə danışarkən bildirib ki, “Düşünürəm ki, bir şey düzələcək”. “Hazırda bu, mümkün deyil, amma bəzən müharibələrdə bu, ən az ehtimal olunan vaxtlarda baş verir”. “Düşünürəm ki, biz bunu [Ukraynadakı münaqişəni] tezliklə həll edəcəyik”, – deyə o vurğulayıb. (Tass)
