ABŞ prezidenti Donald Tramp bildirib ki, Venesueladakı Amerika hərbi əməliyyatının məqsədlərindən biri qlobal neft qiymətlərini aşağı salmaqdır.
“Bu, dünya miqyasında neft qiymətlərinin aşağı düşməsi deməkdir ki, bu da hər kəs üçün əladır. Bu, mənim endirdiyim Amerika üçün neft qiymətlərinin aşağı düşməsi deməkdir”, – deyə o, “Fox News”a verdiyi müsahibədə bildirib. Dövlət başçısı qeyd edib ki, indi böyük neft şirkətləri Venesuelaya gələcəklər. “Onlar çox pul qazanacaqlar və bu pulun bir hissəsi Venesuelaya, bir hissəsi isə bizə gedəcək. Biz regiona sabitlik gətirdik. Biz sabitlik gətirdik və neft qiymətlərini əhəmiyyətli dərəcədə aşağı saldıq. Bilirsiniz, hazırda benzinin bir çox hallarda qallonu 1,99 dollardır”, – deyə Ağ Ev rəhbəri qeyd edib.
“Əvvəlki ABŞ prezidenti Co Baydenin dövründə qiymətlər [qallon üçün] 4,50 dollar və ya 5 dollar idi və indi biz onları əhəmiyyətli dərəcədə aşağı salmışıq. Biz əla iş gördük”, – deyə Amerika lideri yekunlaşdırıb. (Tass)
