ABŞ Prezidenti Donald Tramp çərşənbə günü, 21 yanvar tarixində Vladimir Zelenski ilə görüşəcəyini açıqlayıb.
Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib: “Mən [Rusiya Prezidenti Vladimir] Putinlə işləyirəm və inanıram ki, o, razılaşma əldə etmək istəyir”. O, əlavə edib ki, Vladimir Zelenskinin də Ukraynadakı nizamlama ilə bağlı “razılaşma əldə etmək istədiyinə” inanır. Amerika lideri əlavə edib: “Mən bu gün onunla görüşəcəyəm”. (Tass)
