Avqust 18, 2026-10:06
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Türbələr ziyarətgah, sığınacaq və istiqamətverici məkan rolunu oynayıb – Rizvan Qarabağlı

2026:01:19 - 13:02
in MƏDƏNİYYƏT
A A

“Seyid Əşrəf ziyarətgahı” kitabının “Qarabağ türbələri” fəslini yazarkən şeyx qəbirləri üzərində niyə uca türbələr tikilməsi sualına cavab axtardım və belə nəticəyə gəldim ki, türbələr təkcə dini deyil, həm də ictimai və praktiki funksiyalar daşıyıb.

Bu barədə AZƏRTAC-a müsahibəsində memarlıq üzrə fəlsəfə doktoru, dosent Rizvan Qarabağlı bildirib. O, “Seyid Əşrəf ziyarətgahı” adlı yeni kitabında Qarabağ türbələrinin memarlıq həllərini və tarixi funksiyalarını təhlil edib. Alim apardığı araşdırmalar nəticəsində belə qənaətə gəlib ki, yol kənarında yerləşən ikimərtəbəli türbələr, eyni zamanda, həm ziyarətgah, həm müsafirlər üçün sığınacaq, dincəlmə məkanı və istiqamətverici nişan rolunu oynayıb. Bu ənənə, şeyxlərin sağlığında olduğu kimi, vəfat etdikdən sonra da xalqa xidmət etmə prinsipinin davamı olub. Xırdalan məzarlığında yerləşən Seyid Əşrəf ziyarətgahı da bu tarixi-mənəvi ənənənin müasir nümunəsi kimi formalaşıb.

Kitab Füzuli şəhərində yaşamış, Bakıda məskunlaşmış və vəfat etmiş Seyid Əşrəfin məzarüstü abidə kompleksinin memarlıq xüsusiyyətlərinə həsr edilib və memarlar, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Azərbaycan memarlıq irsinin formalaşmasından da bəhs edən alim VII-VIII əsrlərdən etibarən İslamın hakim ideologiyaya çevrilməsinin memarlıqda yeni mərhələnin əsasını qoyduğunu vurğulayıb. O bildirib ki, IX əsrdən başlayaraq Bərdə, Gəncə, Şamaxı kimi şəhərlər Yaxın Şərqin mühüm mədəni və memarlıq mərkəzlərinə çevrilib, burada möhtəşəm qalalar, saraylar, məscid və mədrəsələr inşa edilib.

R.Qarabağlı əlavə edib ki, cameə məscidləri də təkcə ibadət yeri deyil, həm də ictimai-siyasi və sosial-mədəni mərkəzlər olub, onlara rəhbərlik edən nüfuzlu şeyxlər cəmiyyətdə ədalət və itaət prinsiplərini təbliğ ediblər.

 

Əvvəlki Yazı

“Ziraat Bank”da əhalinin əmanətləri azaldı, bankın öhdəlikləri artdı

Növbəti Yazı

Ombudsman Səbinə Əliyeva 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı bəyanat verib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.