İyul 7, 2026-9:48
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

“Türk Dünyası Həftəsi”nin qonaqları Türk Mədəniyyəti və İrsi Fondunda bir araya gəliblər

2026:07:06 - 15:20
in GÜNDƏM
A A

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan “Türk Dünyası Həftəsi” çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahında fondun prezidenti, professor Aktotı Raimkulova ilə həftədə iştirak edən yerli və xarici qonaqlar arasında görüş keçirilib.

Bu barədə AZƏRTAC-a Fonddan məlumat verilib.

Bildirilib ki, görüşün əsas məqsədi “Türk Dünyası Həftəsi” çərçivəsində keçirilən tədbirlərin nəticələrinin ümumiləşdirilməsi, həftə ərzində irəli sürülən fikir və təkliflərin müzakirəsi, eləcə də gələcək əməkdaşlıq istiqamətləri, birgə təşəbbüslər və strateji perspektivlər ətrafında fikir mübadiləsinin aparılması olub.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova həftə çərçivəsində keçirilən tədbirlərin Türk dünyasının zəngin mədəni və intellektual potensialını nümayiş etdirməklə yanaşı, müxtəlif ölkələrin nümayəndələri arasında dialoqun inkişafına töhfə verdiyini bildirib.

Fondun prezidenti “Türk Dünyası Həftəsi”nin yekunlarının yalnız keçirilmiş tədbirlərin nəticələrinin dəyərləndirilməsi ilə məhdudlaşmadığını, burada formalaşan yeni ideyaların və təşəbbüslərin gələcək layihələr üçün mühüm zəmin yaratdığını vurğulayıb.

Səmimi və konstruktiv müzakirələr şəraitində keçən görüş zamanı yerli və xarici qonaqlar “Türk Dünyası Həftəsi” ilə bağlı təəssüratlarını bölüşüb, keçirilən tədbirlərin məzmunu və əhəmiyyəti barədə fikirlərini ifadə ediblər. İştirakçılar həftənin Türk dünyasının müxtəlif ölkələrindən olan nümayəndələri vahid platformada bir araya gətirməsini yüksək qiymətləndirərək, bu formatın gələcəkdə davam etdirilməsi və əhatə dairəsinin genişləndirilməsi ilə bağlı təkliflər səsləndiriblər.

Müzakirələr zamanı “Türk Dünyası Həftəsi”nin yüksək səviyyədə təşkili və uğurla keçirilməsinə görə Azərbaycan Respublikasının Hökumətinə, Mədəniyyət Nazirliyinə, eləcə də əməyi keçən bütün tərəfdaşlara dərin minnətdarlıq ifadə olunub.

Sonda tərəflər “Türk Dünyası Həftəsi” çərçivəsində qurulan dialoqun və yaranan əməkdaşlıq əlaqələrinin davam etdirilməsinin vacibliyini vurğulayıb, irəli sürülən təşəbbüslərin gələcək birgə layihələrə çevriləcəyinə əminliklərini bildiriblər.

Əvvəlki Yazı

Azərbaycanda şimşək, leysan və dolu gözlənilir

Növbəti Yazı

Əkin torpaqlarında ağac və kolların götürülməsinə dair yeni qayda müəyyənləşib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.