Türkiyə Xarici İşlər Nazirliyi ABŞ və İran arasında iki həftəlik atəşkəs barədə razılaşmanı alqışlayıb və onun tam şəkildə yerinə yetirilməli olduğunu vurğulayıb.
Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir: “Regiondakı müharibə kontekstində elan edilən müvəqqəti atəşkəsi alqışlayırıq. Müvəqqəti atəşkəsin yerində tam şəkildə tətbiq edilməli olduğunu vurğulayırıq və ümid edirik ki, bütün tərəflər əldə edilən razılaşmaya riayət edəcəklər. Davamlı sülhə gedən yol yalnız dialoq, diplomatiya və qarşılıqlı etimad yolu ilə mümkündür”.
Nazirlik qeyd edib ki, Türkiyə tərəfi ABŞ və İran arasında İslamabadda keçiriləcək danışıqların uğurla başa çatmasını təmin etmək üçün “bütün mümkün dəstəyi göstərməyə davam edəcək”.
Bəyanatda deyilir: “Qardaş ölkəmiz Pakistanı bu prosesdə oynadığı rola görə təbrik edir və sülhə töhfə verən bütün təşəbbüslərin davam etməsini arzulayırıq”.
