Türkiyənin Milli Kəşfiyyat Xidmətinin (MİT) rəhbəri İbrahim Kalın oktyabrın 8-də Misirdə keçiriləcək Qəzza zolağında atəşkəsin yaradılması üzrə danışıqlarda iştirak edəcək. Bu barədə TRT telekanalı təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, Kalın danışıqların keçiriləcəyi Şarm əl-Şeyxə gəlməzdən əvvəl ABŞ, Misir, Qətər və Fələstinin HƏMAS hərəkatının nümayəndələri ilə əlaqə saxlayıb. (Tass)
