Atəşkəs əldə edildiyi və hər bir üzv ölkə üçün dəqiq bir missiya müəyyən edildiyi təqdirdə, “könüllülər koalisiyası”nın bir hissəsi olaraq Ukraynaya Türkiyə sülhməramlı kontingentinin yerləşdirilməsi mümkündür. Bu barədə Türkiyə Müdafiə Nazirliyi jurnalistlərə bildirib.
Müdafiə Nazirliyi qeyd edib ki, “ölkəmiz Rusiya ilə Ukrayna arasındakı müharibədə daimi atəşkəsə nail olmağa yönəlmiş istənilən konstruktiv təşəbbüsə töhfə verməyə hazırdır. Bu baxımdan, biz “könüllülər koalisiyası”nın fəaliyyətində fəal iştirak edirik. Türkiyənin sülhməramlı qüvvələrinin bir hissəsi olaraq Ukraynaya qoşun göndərmək üçün əvvəlcə atəşkəsi təmin etmək, daha sonra isə dəqiq bir missiya müəyyənləşdirmək və hər bir ölkənin töhfə verəcəyi miqyası müəyyən etmək lazımdır”. (Tass)
