Polşanın baş naziri Donald Tusk ötən gecə ölkənin hava məkanını pozan bir neçə PUA-nın məhv edilməsi barədə NATO-nun baş katibi Mark Rutteyə məlumat verib.
Tusk X-də yazıb: “Mən NATO-nun baş katibini mövcud vəziyyət və hava məkanımızı pozan obyektlərə qarşı gördüyümüz tədbirlər haqqında məlumatlandırdım. Biz daimi əlaqə saxlayırıq”.
Hadisə ilə əlaqədar Polşanın baş naziri Nazirlər Kabinetinin yerli vaxtla saat 08:00-a (Bakı vaxtı ilə 09:00) təyin edilmiş fövqəladə iclasını çağırıb. Bundan əlavə, respublika prezidenti Karol Navrocki baş nazirin iştirakı ilə Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasını keçirəcək. (Tass)
