TƏBİB-dən “Report”un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, ötən gün saat 10:30 radələrində it dişləməsi səbəbilə 1 nəfər Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Qeyd olunub ki, 1964-cü il təvəllüdlü pasiyentə bədənin müxtəlif nahiyələrinin didilmiş, cırılmış açıq yaraları diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib, quduzluq əleyhinə peyvənd olunub.
Məlumata görə, vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.
