Regional Təbii Sərvətlər Agentliyinin məlumatına görə, Uelsin bütün ərazisi üçün quraqlıq xəbərdarlığı edilib.
Agentliyin açıqlamasında qeyd olunur ki, Uels bu ilin iyul ayı üçün orta yağıntının yalnız 8%-ni alıb. “Nəticədə, bu ay Uelsdə 190 illik qeydlərin aparılması dövründə ən quraq iyul ayı ola bilər”, – deyə əlavə edilib.
Çərşənbə günü, yayın dördüncü isti dalğası fonunda İngiltərənin yarısında quraqlıq elan edildi. Böyük Britaniyanın Ətraf Mühit, Ərzaq və Kənd Təsərrüfatı Departamenti iyul ayında gözlənilən yağışın yalnız 7%-nin, İngiltərənin cənub hissəsinə isə cəmi 1%-nin düşdüyünü bildirdi. Böyük Britaniya Meteorologiya İdarəsinin məlumatına görə, iyul ayında temperatur orta səviyyədən üç dərəcə yüksək olub. (Tass)
