Avqust 19, 2026-18:34
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi bu il də davam etdirilir

2026:01:14 - 18:01
in İQTİSADİYYAT
A A

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), “Marsol Group” və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı ilə “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsinə yenidən start verilib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, bu məqsədlə keçirilən tədbirdə layihənin təşkilinə dəstək göstərən təşkilatların nümayəndələri və qadın sahibkarlar iştirak ediblər.

Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və “Marsol Group”un təsisçisi Tural Mustafayev çıxış edərək ölkəmizdə qadın sahibkarlığın inkişafına dəstək tədbirləri, bu sahədə özəl sektorun təşəbbüsləri və layihə barədə ətraflı məlumat veriblər. Qeyd edilib ki, artıq üçüncü ildir keçirilən layihənin məqsədi qadın sahibkarların iqtisadi və sosial həyatda fəallığının artırılması və onlar arasında işgüzar əlaqələrin genişləndirilməsidir. Builki layihədə müxtəlif sektorları təmsil edən 100-dən çox qadın sahibkar iştirak edəcək. Layihə çərçivəsində müxtəlif mövzularda təlim, seminar və master klaslar, işgüzar görüşlər, ofis-istehsalat ziyarətləri və sosial fəaliyyətlər təşkil ediləcək.

Tədbir çərçivəsində layihə ilə bağlı filmlər nümayış olunub, həmçinin builki layihə tərəfdaşlarının fikirləri dinlənilib.

Tədbirdə iştirak edən qadın sahibkarlar “Bakı KOB evi”nin fəaliyyəti, burada sahibkarlara göstərilən xidmətlərlə tanış olublar.

Qeyd edək ki, “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi 2024-cü ildən icra olunur. “Kapital Bank”, “Məlhəm Beynəlxalq Hospital”, “Corian Baku”, “Ətirşah Parfüm”, “Gizli Bahçe” restoranı və “Moon Group” builki layihənin tərəfdaşları və dəstək göstərənləri sırasındadır. Layihənin bu ilin mart ayında başa çatdırılması nəzərdə tutulub.

Əvvəlki Yazı

Azərbaycanla Uqanda arasında diplomatik və xidməti pasport sahibləri vizadan azad edilib

Növbəti Yazı

Azərbaycan XİN “Tramp Marşrutu” ilə bağlı sənədə münasibət bildirdi

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.