Ukrayna Almaniyadan əvvəlkindən daha çox hərbi yardım alır. Bu barədə Ukraynanın Almaniyadakı səfiri Aleksey Makeyev Der Tagesspiegel jurnalına verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, hazırkı Almaniya hökuməti Kiyevə dəstəyini “həm kəmiyyət, həm də keyfiyyət baxımından” artırıb. Səfir bildirib ki, Ukrayna “əvvəlkindən daha çox Almaniyadan hərbi yardım alır”.
Bundan əlavə, Makeyev qeyd edib ki, indi Ukrayna “artıq Taurus [qanadlı raketlər]-dən o qədər də asılı deyil”.
Kiyev uzun müddətdir ki, Almaniyadan “Taurus” raketləri istəyir. Almaniyanın əvvəlki kansleri Olaf Şolts Almaniyanın Ukraynadakı münaqişəyə cəlb olunacağından qorxaraq bu raketlərin satışını qəti şəkildə rədd etmişdi. Onun varisi Fridrix Merts Almaniya seçki kampaniyası zamanı Ukraynaya “Taurus” raketlərinin verilməsinin lehinə danışsa da, baş nazir olduqdan sonra belə bir addımı rədd etmişdi. (Tass)
