ABŞ-dakı səfiri Olqa Stefanişina şəxsi səbəblərə görə istefa ərizəsi verib və Vladimir Zelenski istefa ərizəsini qəbul edib. Bu barədə Ukraynanın UNN agentliyi məlumat yayıb.
Stefanişinanın müvafiq ərizəni ötən həftə təqdim etdiyi bildirilir.
Bu arada, Ali Radanın deputatı Oleksiy Qonçarenko özünün Telegram kanalında Stefanişinanın bir neçə gün əvvəl Kiyevə qayıtdığını bildirib. Onun mənbələrinə görə, Ukraynanın Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu ona qarşı ittiham irəli sürə bilər.
Ukraynanın istefa verən Baş naziri Yuliya Svyrydenkonun ABŞ-a yeni səfir olacağı gözlənilir. (TASS)
