May 9, 2026-15:33
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Polşada silsilə tədbirlərlə qeyd edilib

2026:05:08 - 17:52
in SİYASƏT
A A

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Polşada silsilə tədbirlər keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Polşadakı səfirliyində Ulu Öndərin büstü önünə əklil qoyulub. Səfir Nərgiz Qurbanovanın rəhbərliyi ilə səfirliyin əməkdaşları, həmçinin Polşada akkreditə olunmuş Mərkəzi Avropa ölkələri üzrə Ticarət Nümayəndəsinin Aparatının rəhbəri və əməkdaşları Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

Bununla yanaşı, səfirliyin və ticarət nümayəndəliyinin əməkdaşları Polşanın ilk paytaxtı və dini mərkəzi olan Qnezno şəhərində yerləşən Azərbaycan–Polşa “Dostluq” abidəsini ziyarət ediblər. Abidədə Ümummilli Lider Heydər Əliyevin və Roma papası II İoann Pavelin Azərbaycanla bağlı səsləndirdiyi fikirlər əks olunub. Tədbir çərçivəsində abidənin önünə əklil qoyulub.

Tədbirdə Qnezno şəhər merinin müavini Lukaş Muşok, ticarət nümayəndəliyinin rəhbəri, səfirliyin əməkdaşları və meriyanın nümayəndələri iştirak ediblər. Səfir Nərgiz Qurbanova tədbir iştirakçılarına Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, eləcə də müstəqil Azərbaycanın qurulmasındakı və inkişafındakı mühüm rolundan danışıb.

Sözügedən tədbirlərlə yanaşı, Azərbaycanın Polşadakı səfirliyində Varşava İqtisadiyyat Məktəbinin Xarici Əlaqələr üzrə Tələbə Elmi Klubunun təşkil etdiyi “Fəaliyyət diplomatiyası” təşəbbüsünün iştirakçıları olan tələbələr üçün mühazirə də keçirilib. Qeyd olunan təşəbbüs tələbələri və yuxarı sinif şagirdlərini bir araya gətirərək, onların diplomatiya və beynəlxalq münasibətlər sahəsində bilik və bacarıqlarını artırmağı hədəfləyib.

Tədbirdə çıxış edən səfir Nərgiz Qurbanova Ümummilli Lider Heydər Əliyevin xidmətlərindən danışıb, dahi liderin Azərbaycan xalqı tərəfindən dərin ehtiram və minnətdarlıq hissi ilə yad edildiyini vurğulayıb. Səfir Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycanın dövlətçilik tarixində müstəsna xidmətləri olan, ölkənin müstəqilliyinin möhkəmləndirilməsində, ictimai-siyasi sabitliyinin təmin edilməsində və sosial-iqtisadi inkişaf strategiyasının formalaşdırılmasında həlledici rol oynamış dahi şəxsiyyət olduğunu deyib. Tədbir iştirakçılarına Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın çətin tarixi mərhələləri uğurla geridə qoyaraq, davamlı inkişaf yoluna daxil olması və beynəlxalq aləmdə nüfuzunun artması barədə məlumat verilib. Səfir dahi liderin ideyalarının və siyasi irsinin müasir Azərbaycanın inkişaf kursunun əsasını təşkil etməsindən söz açıb.

Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin xarici ölkələrlə dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi önəm verdiyi diqqətə çatdırılıb. Bu kontekstdə Azərbaycan–Polşa əlaqələrinə toxunan səfir iki ölkə arasında tarixi bağlardan bəhs edib və mövcud əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib. Əslən polşalı olan Roma Papası II İoann Pavelin ölkəmizə tarixi səfəri və səfər çərçivəsində Ümummilli Lider ilə görüşü barədə ətraflı məlumat verilib.

Tədbirdə səfir Nərgiz Qurbanova, həmçinin ölkəmizin cari ilin may ayında Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) ev sahibliyi edəcəyi barədə məlumat verərək, Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda ilk dəfə təşkil olunan bu nüfuzlu tədbirin dayanıqlı şəhərsalma, iqlim gündəliyi və “yaşıl inkişaf” sahələrində qlobal dialoq üçün mühüm platforma olacağını qeyd edib. Vurğulanıb ki, forum çərçivəsində nazirlər, şəhər rəhbərləri, beynəlxalq təşkilatlar, akademik dairələr, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələri daxil olmaqla 177 ölkədən 28 mindən çox iştirakçının iştirakı gözlənilir. Forum müxtəlif sessiyalar, dialoqlar, dəyirmi masalar və geniş “WUF Expo” sərgisi vasitəsilə qabaqcıl təcrübələrin, innovativ həllərin və uğurlu modellərin təqdim edilməsi üçün mühüm platforma rolunu oynayacaq.

Tədbirin sonunda qonaqlar səfirlik tərəfindən təşkil olunmuş ziyafətə dəvət ediliblər.

Əvvəlki Yazı

“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi”

Növbəti Yazı

İordaniyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.