May 15, 2026-12:55
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

UNEC-in dosenti “Sigma Xi” cəmiyyətinin tamhüquqlu üzv seçilib

2026:05:14 - 17:40
in SOSİAL
A A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Mühəndislik və tətbiqi elmlər kafedrasının dosenti Əli Xəlilov dünyanın nüfuzlu elmi cəmiyyətlərindən biri olan “Sigma Xi, The Scientific Research Honor Society”yə tamhüquqlu üzv seçilib.

Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib.

1886-cı ildə təsis edilmiş “Sigma Xi” dünyanın ən böyük multidisiplinar elmi-tədqiqat cəmiyyətlərindən biri hesab olunur və buraya üzvlük yalnız nominasiya əsasında həyata keçirilir. Cəmiyyət elmi-tədqiqat sahəsində mühüm nailiyyətləri olan alim və tədqiqatçıları bir araya gətirir. Təşkilatın tarixində 200-dən çox Nobel mükafatı laureatı yer alıb.

“Sigma Xi”də tam üzvlük statusu yalnız tədqiqat sahəsində mühüm nailiyyətləri, o cümlədən nüfuzlu jurnallarda elmi məqalələri, patentləri və ya dissertasiya işləri olan şəxslərə verilir. Əli Xəlilovun təşkilata tamhüquqlu üzv seçilməsində onun elmi fəaliyyəti, tədqiqat istiqamətində əldə etdiyi nəticələr və beynəlxalq akademik mühitdə qazandığı uğurlar nəzərə alınaraq yüksək qiymətləndirilib.

Bu üzvlük UNEC aliminə beynəlxalq səviyyədə tanınmış görkəmli elm adamları ilə qlobal şəbəkədə əməkdaşlıq etmək, müxtəlif tədqiqat qrantlarına və mentorluq proqramlarına çıxış əldə etmək imkanı qazandırır. Eyni zamanda, o, “American Scientist” elmi jurnalına mütəmadi çıxış və illik konfranslarda güzəştli iştirak hüququ əldə edib.

 

Əvvəlki Yazı

“Xalçalarda memarlıq” sərgisi WUF13-ə həsr olunacaq

Növbəti Yazı

Birinci Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri – beynəlxalq elmi konfrans 

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.