İyul 1, 2026-5:48
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

UNESCO-da Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd edilib

2025:09:19 - 10:00
in MƏDƏNİYYƏT
A A
UNESCO-da dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd edilib.

“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyinin və Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə müxtəlif ölkələrin Fransadakı səfirləri, Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev və digər şəxslər iştirak ediblər.

Çıxış edənlər Ü.Hacıbəylinin həyat və yaradıcılıq yoluna nəzər salıb, onun Azərbaycan və dünya musiqi tarixində müstəsna yerini qeyd ediblər. Natiqlər UNESCO-da bu yubileyin keçirilməsinin Üzeyir Hacıbəyli irsinin yalnız Azərbaycana deyil, bütün bəşəriyyətə aidliyinin göstəricisi olduğunu vurğulayıblar.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın müəllifinin yaradıcılığı haqqında danışıb. O, ölkəmizdə musiqinin qədim tarixi olmasına baxmayaraq, professional musiqinin Üzeyir Hacıbəyli tərəfindən yaradıldığını bildirib.

Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev dahi bəstəkarın Azərbaycanın milli musiqi kimliyinin formalaşmasında müstəsna roluna toxunub.

“Hacıbəyli Azərbaycan muğamının əsrlərlə yaşı olan ənənəsini Qərb musiqisinin klassik formaları ilə birləşdirərək Şərqlə Qərb arasında musiqi körpüsü saldı”, – daimi nümayəndə bildirib.

Tədbir çərçivəsində “Avey” triosunun – Laure Volpato (violonçel), Eldəniz Ələkbərzadə (piano) və Ağarəhim Quliyev (fleyta) – iştirakı ilə konsert proqramı təqdim olunub.

Əvvəlki Yazı

Tramp Tayvana 400 milyon dollarlıq hərbi yardım verməkdən imtina etdi

Növbəti Yazı

Milli Məclisdə konfrans keçirilir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.