Psixiatr Orxan İsgəndərlinin bildirdiyinə görə, bəzən valideynlər müraciət edir ki, uşağı yeddi yaşındadır, lakin hələ də özü yuyuna bilmir, sərbəst yemir, əmziklə su içir. Və yaxud uşağın 10 yaşı var, hələ ayaqqabının bağını bağlaya bilmir. Valideynlərdə yanlış təsəvvür var ki, uşaq, məsələn, 12 yaşına çatdıqda buları bacaracaq. Ana öz təşvişini yatırır. Bəzi hallarda uşaq həmin yaşa çatır, vərdişəri hələ götürə bilmir. Zamanla sosial fobiya yaranır. görə Uşaq təməl vərdişləri körpəlikdən necə bacarırsa (iməkləmək, yerimək və s.) digər gündəlik qayğıları da tədricən və vaxtında bacarmalıdır.