Uşaqlarda bəzən qeyri-etik davranışların şahidi oluruq. Bəziləri özlərini yerə çırpır, bəziləri yüksək tonla ağlayır, qışqırırlar. Bu halların yaranması səbəbi nədir və hansı yaş dövründə yaranır?
Öncə qeyd edək ki, insanlar uşaqlar dünyaya gələrkən danışa bilmədikləri üçün bu tip davranışlardan istifadə edirlər. Bu bir növ sərhədlərin genişləndirilməsinə cəhd və həyatda qalmaq səyidir. Əslində, bu normada istifadə olunarsa, bir uşaq üçün məqbuldur. Bu haldan sui-istifadə olunursa problemə çevrilir. Şüuraltı beyin həzzə meyillidie və uşaq öz sərhəddini müəyyən elə bilmir. edə Bu sərhədi uşaq üçün valideyn özü müəyyənləşdirməlidir. Valideyn bu məhdudiyyətə məhəl qoymasa uşaq da istər-istəməz sui-istifadə edir.
Misal üzərində baxaq. Uşaq nəsə istəyərkən ona istədiyi verilmədikdə uşaq ağlamağa başlayır. Bu zaman valideyin uşağın ağlamaması üçün uşağI istədiyiylə təmin edir. Uşaq ağlamağını kəsir və zənn nedir ki, ağlayarsa, hər şeyə nail ola bilər və bu zaman davranış pozuntusu meydana gəlir.
Psixoloq Eyyub Nağıyev