Məktəb qorxusu uşaqların nazlandığı və ya istəksiz olduğu bir şey deyil. Real fobiya kimi qiymətləndirilir. Uşaqlar məktəbə gedərkən təşviş, həyəcan pozuntusu ilə yanaşı fizioloji çətinləklər də yaşaya bilərlər. Baş və mədə ağrısı, qaytarma ola bilər. Psixoloji-fizioloji vəhdətdə müşahidə olunan çətinlik sonralar- yeniyetməlik dövründə sosial fobiyaya çevrilə bilər. Ardıcıl olaraq özgüvən problemi, özünə qapanma, depressiya kimi negativ vəziyyətlər yarana bilər.
Psixoloq Elvin Məbud