ASAN xidmət əhalinin ən çox yararlandığı 10 xidmət sahəsinin siyahısını açıqlayıb.
ASAN xidmətdən Ritorika.az-a verilən məlumata görə sakinlər daha çox şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi və arayışların verilməsi xidmətindən istifadə edir.
DİN-in səlahiyyətindəki bu istiqamət uzun müddətdir ən çox üz tutulan sektordur.
Notariat fəaliyyətinin onlayn təşkilinin mövcudluğuna baxmayaraq istifadəçilər fiziki müraciətə üstünlük verirlər.
Əvvəlki KİV sorğuları göstərir ki, vətəndaşlar onlayn xidmətə hələ də etibar edə bilmir. Bu səbəbdən bəzi qurumlar fiziki aktivlik reytinqini saxlayır.
Cavid Zahidoğlu
