ABŞ İrana təsir göstərmək üçün bütün variantları nəzərdən keçirir və Yaxın Şərqdə əlavə qüvvələr toplayır. Bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Valts CBS News- da bildirib.
ABŞ-ın İrana hücumlarının dayandırılması ilə bağlı suala cavab olaraq, Valts qərarın “diplomatiyaya bir az vaxt və imkan vermək üçün” verildiyini bildirib. “Nə baş verəcəyini yaxın günlərdə görəcəyik. Amma unutmayın ki, bölgəyə əlavə hərbi qüvvələr yeridilir”, – deyə ABŞ səfiri bildirib və qeyd edib ki, ABŞ Tehrana təsir göstərmək üçün “bütün variantları nəzərdən keçirməyə davam edir”.
ABŞ-ın İrana qarşı zərbələri bərpa edib-etməyəcəyi ilə bağlı suala cavab olaraq, Valts “prezidenti [Donald Trampı] bu seçimdən məhrum etməyəcəyini” bildirib. “Bu, onun qərarıdır. Görək, təmaslar nəyə gətirib çıxaracaq”, – deyə Valts bildirib və “həm ən yüksək, həm də texniki səviyyələrdə bütün danışıqların davam etdiyini” izah edib.
