ABŞ administrasiyası Kuba hökuməti ilə mümkün dəyişikliklər barədə danışıqlar aparır və Havananın müvafiq qərarlar qəbul edəcəyi təqdirdə ikitərəfli münasibətlərin yaxşılaşacağını gözləyir. ABŞ vitse-prezidenti J.D. Vance bunu Ağ Evdə keçirilən mətbuat konfransında açıqladı.
“Biz Kuba xalqının xoşbəxt və uğurlu olmasını istəyirik. Hazırda Kuba hökuməti ilə yanaşmalarını necə dəyişdirə və bu vəziyyəti necə həll edə biləcəkləri barədə müzakirələr aparırıq. Görəcəyik ki, nə edəcəklər. Əgər onlar ağıllı qərarlar qəbul etsələr, bu ada ilə daha yaxşı münasibətlərimiz olacaq”, – Vans deyib. (Tass)
