WPolsce24 xəbər verir ki, Varşavada Baş nazir Donald Tusk hökumətinin siyasətinə qarşı keçirilən “Polşa və polyaklar üçün birlikdə” nümayişində bir neçə min insan iştirak edir.
Etiraz aksiyası milli həmkarlar ittifaqı olan “Həmrəylik”in rəhbərliyi tərəfindən təşkil edilib. Nümayişçilərin əsas tələbləri arasında AB-nin Yaşıl Saziş iqlim siyasətindən imtina etmək, Polşanın dövlət borcunun azaldılması üçün tədbirlər görmək və Polşa sənayesinin dirçəldilməsi var.
Şüar və pankart daşıyan nümayişçilər kolonu paytaxtın mərkəzindəki Kral Qəsrindən Senat binasına (parlamentin yuxarı palatası) doğru hərəkət edir. Təşkilatçıların məlumatına görə, iştirakçıların sayı 5000 nəfərə çata bilər.
Karvanın keçdiyi ərazidə nəqliyyatın hərəkəti dayandırılıb və heç bir insident qeydə alınmayıb. (Tass)
