İyunun 24-də ölkədə baş verən güclü zəlzələlər nəticəsində ölənlərin sayı 1400-ü keçib. Bu barədə ElDiario Milli Assambleyanın sədri Xorxe Rodrigezin bəyanatına istinadən məlumat yayıb.
Təqdim olunan məlumatlara görə, 1430 nəfərin öldüyü rəsmi olaraq təsdiqlənib, daha 3238 nəfər isə yaralanıb. Bundan əlavə, 3142 zərər çəkmiş ailə evlərini itirib və hazırda xüsusi sığınacaqlarda yardım alırlar.
Daha əvvəl zəlzələlər nəticəsində 589 nəfərin öldüyü bildirilmişdi. (Tass)
