Avqust 21, 2026-5:06
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Vilayət Quliyevin “Yorulmaz əkinçi: Həsən bəy Zərdabi” kitabının təqdimatı olub

2025:11:28 - 11:47
in MƏDƏNİYYƏT
A A

Ədəbiyyatşünas-alim və diplomat, Azərbaycanın Bosniya və Hersoqovinada fövqəladə və səlahiyyətli səfiri, filologiya elmləri doktoru, professor Vilayət Quliyevin Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabiyə həsr olunmuş “Yorulmaz əkinçi: Həsən bəy Zərdabi” kitabının təqdimatı və imza günü keçirilib.

APA xəbər verir ki, təqdimat “Libraff”ın “Park Akademiya” filialında baş tutub.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu il milli mətbuatımızın 150 illik yubileyinin qeyd edilməsi ilə bağlı imzaladığı sərəncamı xatırladaraq professor Vilayət Quliyevin “Yorulmaz əkinçi: Həsən bəy Zərdabi” kitabının milli mətbuatımızın yubileyinə layiqli töhfə olduğunu bildirib. Vilayət Quliyevin uzun illərdir tariximizin qaranlıq səhifələri ilə bağlı ən müxtəlif mövzuları yorulmadan, davamlı şəkildə araşdırdığnı, onun bu zəhmətinin xüsusi rəğbət və ehtirama layiq olduğunu qeyd edən Rəşad Məcid hörmətli professorun tədqiqatlarının istər elmi, istərsə də ictimai mühitimiz və oxucu auditoriyası tərəfindən böyük məmnunluqla izləndiyini vurğulayıb.

Tədbirdə dövlət və siyasi xadim, diplomat, tarix elmləri doktoru Həsən Həsənov, Azərbaycanın Ukraynadakı keçmiş səfiri, Xalq yazıçısı Elmira Axundova, Bakı Dövlət Universitetinin professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli, Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Asif Rüstəmli, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli, Azərbacan Dillər Universitetinin prorektoru, professor Həmidə Əliyeva, “Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya elmləri üzrə fəlsəfə doktoru Azər Turan, Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli və digər çıxışçılar Həsən bəy Zərdabinin ölkəmizin ictima-mədəni və maarifçilik sahəsindəki misilsiz xidmətlərindən danışıb, Zərdabinin bu xidmətlərini əhatəli elmi araşdırmaya cəlb etmiş ədəbiyyatşünas-alim Vilayət Quliyevin tədqiqatının aktuallığından söz açıblar.

Təqdimat mərasiminin sonunda kitab müəllifi Vilayət Quliyev çıxış edərək əsəri nəfis şəkildə çap etdiklərinə görə “Teass PRESS” nəşriyyatına, təqdimat mərasiminin təşkilində xüsusi əməyi olan Azərbaycan Mətbuat Şurasına, tədbir iştirakçılarına minnətdarlığını çatdırıb. Milli Mətbuatımızın 150 illiyinin bayram edildiyi bir vaxtda bu müzakirənin, söylənən fikir və mülahizələrin xüsusi ilə yerinə düşdüyünü qeyd edib. Kitab üzərindəki işindən danışarkən bu günümüz baxımından XX əsrin əvvəllərindəki mətbuat fədailərimiz, xüsusən də Zərdabi şəxsiyyəti və irsində öyrənilməsi, yaşadılması, estafet kimi gələcəyə ötürülməsi vacib olan məqamları vurğulayıb.

Vilayət Quliyev iştirakçıları maraqlandıran bəzi suallara da cavab verib.

Tədbirin sonunda “Yorulmaz əkinçi: Həsən bəy Zərdabi” kitabının imza mərasimi keçirilib, xatirə şəkilləri çəkilib.

Vilayət Quliyevin "Yorulmaz əkinçi: Həsən bəy Zərdabi" kitabının təqdimatı olubVilayət Quliyevin "Yorulmaz əkinçi: Həsən bəy Zərdabi" kitabının təqdimatı olubVilayət Quliyevin "Yorulmaz əkinçi: Həsən bəy Zərdabi" kitabının təqdimatı olubVilayət Quliyevin "Yorulmaz əkinçi: Həsən bəy Zərdabi" kitabının təqdimatı olubVilayət Quliyevin "Yorulmaz əkinçi: Həsən bəy Zərdabi" kitabının təqdimatı olubVilayət Quliyevin "Yorulmaz əkinçi: Həsən bəy Zərdabi" kitabının təqdimatı olubVilayət Quliyevin "Yorulmaz əkinçi: Həsən bəy Zərdabi" kitabının təqdimatı olubVilayət Quliyevin "Yorulmaz əkinçi: Həsən bəy Zərdabi" kitabının təqdimatı olub
Əvvəlki Yazı

Səbuhi Əhmədov: Yeni kitab seriyası Azərbaycanın mədəni irsinin dünyaya çatdırılmasına kömək edir

Növbəti Yazı

Dövlət başçısı Albaniya Prezidentinə təbrik ünvanlayıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.