LOT Polşa Hava Yollarına məxsus təyyarənin uçuş-enmə zolağından sürüşərək çıxması hadisəsindən sonra Vilnüs Beynəlxalq Hava Limanı ən azı 8 saat bağlanacaq. Bu barədə jurnalistlərə hava limanının sözçüsü Tadas Vasiliauskas məlumat verib.
“Aeroportun bağlanması saat 22:00-a qədər uzadılıb. Mütəxəssislər insidentin səbəbini müəyyən etmək üçün hadisə yerindədirlər, bundan sonra təyyarə çıxarıla və normal fəaliyyəti bərpa oluna bilər”, – o deyib.
Hava limanının bağlanmasına səbəb olan fövqəladə hal əlverişsiz hava şəraitində saat 13:43-də baş verib. Vilnüsdə güclü qar yağıb. Varşavadan gələn təyyarə hava limanının dayanacağına doğru hərəkət edərkən sürüşərək uçuş-enmə zolağından çıxıb. Heç kim xəsarət almayıb.
Hava limanı saat 17:00-a qədər bağlı olacağını açıqladı, lakin daha sonra bağlanma 19:00-a və yenidən 22:00-a qədər uzadıldı. (Tass)
