Psixoloqlar bunu birmənalı şəkildə elə əsl xəyanət hesab edirlər.
Çünki bu zaman sıx emosional əlaqə yaranır. Bu artıq yaxınlıqdır və tezliklə qayğıya çevrilir. “Necəsən?” “İşlərin necədir?” sualları altında şüuraltı formada əks tərəfə diqqət və qayğı yönəlir. Virtual xəyanət real xəyanətdən daha ağır hesab olunur. Çünki bu mobil – virtual xəyanətdir. Hətta partnyorun ərin və yaxud da arvadın yanında olarkən yazışmaq mümkündür.